”2+”-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi üzrə məsləhət seminarları keçiriləcək

Mart 16 2017

Hörmətli qrant iddiaçıları!

“2+”-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi üzrə 2017-ci ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət seminarları keçiriləcəkdir. Seminarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindənASAN-imzadan istifadə üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır.

 

Seminar cədvəli:

TARİX
SAAT
1-ci seminar
30 mart
11.00
2-ci seminar
7 aprel
15.00
3-cü seminar
14 aprel
11.00
4-cü seminar
21 aprel
15.00
5-ci seminar
28 aprel
11.00
6-cı seminar
5 may
15.00
7-ci seminar
12 may
11.00

 

Seminarlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində (Bakı şəhəri, Y.Səfərov küçəsi, 27, 9-cu mərtəbə) keçiriləcəkdir.

İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya info@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

Seminarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin seminarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, seminarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

HİKMƏTLİ SÖZLƏR