“e-QRANT” – “Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi”ndə

qeydiyyatdan keçmək üçün

TƏLİMAT

 

“e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi”ndə (bundan sonra “e-QRANT” İ.S. sistemi adlandırılacaqdır) qeydiyyatdan keçmək üçün sizə aşağıdakılar lazım olacaqdır:

  1. Asan İmza (Asan imza haqqında ətraflı məlumatı http://asanimza.az saytından əldə edə bilərsiniz);
  2. Aşagıda qeyd olunan sənədlərin rəngli skan olunmuş və yalnız JPG formatında faylları:
  1. Fotoşəkliniz;
  2. Şəxsiyyət vəsiqənizin ön tərəfi;
  3. Şəxsiyyət vəsiqənizin arxa tərəfi;
  4. Təhsil haqqında diplom/sənəd;
  5. Elmi dərəcənin olduğunu təsdiq edən diplom/sənəd;
  6. Elmi adın olduğunu təsdiq edən sənəd;
  1. Nəşr olunmuş elmi əsərlərin sayı (Azərbaycanda və xaricdə);
  2. İştirak etdiyiniz qrant müsabiqələri barədə məlumatlar;

 

Qeyd:
       - Şəkillərin həcmi 2 Mb-dan artıq olmamalıdır.
       - Şəkillər pasport və ya şəxsiyyət vəsiqəsi üçün hazırlanmış formada olmalı, tədbirlərdə çəkilmiş şəkillərdən düzəldilmiş olmamalıdır.
       - Skan edilmiş sənədlər (vəsiqə, diplom və s.) aydın və oxunaqlı olmalı, kənarlarında qara zolaqlar və s. olmamalıdır.

 

QEYDİYYAT PROSESİ

  1. “e-QRANT” İ.S.-nin giriş ekranı şəkil-1-də göstərildiyi kimidir.

sekil_1

Şəkil 1.

 

  1. Sistemdə qeydiyyatdan keçmək üçün İddiaçılar üçün giriş bölməsinə daxil olun.
  2. Giriş Pəncərəsinin aşağı hissəsində qeyd olunan Yeni istifadəçilər üçün: QEYDİYYAT linkinə daxil olun (şəkil 2).

sekil_2

Şəkil 2.

 

3. Qeydiyyat Pəncərəsində Asan İmza Mobil telefon nömrənizi (+994 formatında) və Asan İmza istifadəçisinin ID-sini daxil edib, Təsdiq edin düyməsini sıxın (şəkil 3).

sekil_3

Şəkil 3.

 

4. Telefonunuza göndərilmiş sorğunu qəbul edin. Sorğunun yoxlama kodunun ekranda əks olunan kod ilə eyni olmasını müqayisə edin və daxil olmanı Asan İmza PİN1 kodunuzla təsdiqləyin.

5. Sonradan sistemə Asan İmzasız daxil ola bilməniz üçün növbəti pəncərədə e-mail ünvanınızı və şəxsi şifrənizi təyin edin (şəkil 4).

sekil_4

Şəkil 4.

 

6. Qeyd etdiyiniz e-mail ünvanınıza qeydiyyatınızı təsdiq etmək üçün avtomatik məktub göndəriləcəkdir. Qeydiyyatınızı təsdiq etmək üçün məktubda qeyd olunan linkə daxil olmaq lazımdır.

7. Linkə daxil olduqdan sonra açılan ekranda tələb edilən əlavə məlumatları (şəkil 5 – şəkil 17) göstərməyiniz lazımdır. Qeydiyyatı tamamlamaq üçün Azərbaycan dilində doldurmuş olduğunuz məlumatları (şəkil 5 – şəkil 17) ingilis dilində də qeyd etməyiniz tələb olunur.

8. Məlumatlar göstərildikdən sonra isə “Göstərdiyiniz məlumatları təsdiqləyin” düyməsini (şəkil 18) sıxın. Bununla da, siz “e-QRANT” İ.S.-də iddiaçı kimi qeydiyyatdan keçmiş olursunuz.

sekil_5

Şəkil 5.

 

sekil_6Şəkil 6.

 

sekil_7

 Şəkil 7.

 

sekil_8

Şəkil 8.

 

sekil_9

Şəkil 9.

 

sekil_10

Şəkil 10.

 

sekil_11

Şəkil 11.

 

sekil_12

Şəkil 12.

 

sekil_13

Şəkil 13.

 

sekil_14

Şəkil 14.

 

sekil_15

Şəkil 15.

 

sekil_16

Şəkil 16.

 

sekil_17

Şəkil 17.

 

sekil_18

Şəkil 18.

 


PDF: “e-QRANT” – “Qrant Layihələrinin Elektron İdarəolunması Sistemi”ndə qeydiyyatdan keçmək üçün TƏLİMAT

 

 

HİKMƏTLİ SÖZLƏR