ENG

Azərbaycan Respublikasının Prezidenti yanında
Elmin İnkişafı Fondunun 2010-cu il 25 iyun tarixli
 Q-1 nömrəli qərarı ilə təsdiq olunmuşdur

gerb_2_-_kicik

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
Elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə müsabiqələrinin keçirilməsi

QAYDALARI

 

1. Ümumi müddəalar

1.1 Bu Qaydalar Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (bundan sonra - Fond) tərəfindən
      Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün
      əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi-tədqiqat proqramları və layihələrini və
      digər elmi tədbirləri (bundan sonra - layihələr) dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan
      fiziki şəxslərin, bir elmi mövzu (problem) ətrafında müvəqqəti yaradılmış yaradıcı kollektivlərin, akademik və təhsil
      sistemlərində fəaliyyət göstərən elmi və digər qurumların (dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və s.) elmi
      fəaliyyətini stimullaşdırmaq və onlara əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə Azərbaycan Respublikası
      Prezidentinin 2010-cu il 19 fevral tarixli 223 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti
      yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin (bundan sonra - Nizamnamə) və digər müvafiq normativ hüquqi
      aktların tələbləri nəzərə alınmaqla qrantların verilməsi üzrə müsabiqələrin (bundan sonra - müsabiqələr) keçirilməsi
      qaydalarını tənzimləyir.

1.2 Müsabiqələr hər il vaxtaşırı prioritet elmi istiqamətlərə uyğun olaraq aşağıdakı elm sahələri üzrə təşkil edilir:

1.2.1. fizika-riyaziyyat və texnika elmləri;
1.2.2. Yer haqqında elmlər;
1.2.3. biologiya, tibb və aqrar elmləri;
1.2.4. kimya elmləri;
1.2.5. humanitar və ictimai elmlər.

1.3. Müsabiqədə iştirak etmək üçün təqdim olunan ərizə (bundan sonra - ərizə) və digər sənədlər (formalar) tərtib edilərkən bu Qaydaların 1.2-ci bəndində qeyd olunmuş elm sahələri üzrə Fond tərəfindən təsdiq edilmiş elmi-tədqiqat istiqamətlərinin ümumi təsnifatına istinad olunur..


(Ətraflı)

PDF formatda yükləmək  pdf-icon

 

HİKMƏTLİ SÖZLƏR