AZƏRBAYCANIN DİASPORADAKI ALİMLƏRİ

 

Qeyd: Siyahı daim yenilənəcəkdir. Siyahının ardıcıllığı əlifba sırasına müvafiqdir.


natiq_atakishiyev

Atakişiyev Natiq  1939-cu il fevralın 15-də Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri doktorudur. 1994-cu ildən Meksikada tədqiqatçı kimi işə başlayan alim 1996-cı ildən Meksika Milli Muxtar Universiteti (Universidad Nacional Autonoma de Mexico) nəzdində Riyaziyyat İnstitutunun Kuernavaka şəhərində yerləşən bölməsində çalışmışdır. Elə həmin ildən Meksika Elmlər Akademiyasının üzvüdür. Onun dünyanın nüfuzlu jurnallarında 112, beynəlxalq konqreslərin materiallarında isə 51 məqaləsi dərc edilmişdir. 80-dən çox çapdan çıxmış elmi əsəri var. Onun rəhbərlik etdiyi Latın Amerikası Azərbaycanlıları Assosiasiyası 2008-ci ilin sonunda fəaliyyətə başlamışdır. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elm sahəsindəki nailiyyətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. http://www.matem.unam.mx/fsd/natig/


aygun_attar

Attar Aygün – (d. 16 Nisan 1962, Kubadlı, Azerbaycan), akademisyen tarihçi. 1986 senesinde Bakü Devlet Üniversitesi'ni bitirdi. 1994 yılında doçent, 2003 yılında profesör kadrosuna atandı. Prof. Dr.Attar, Çeşitli akademik görevlerin ardından, 2007 yılında göreve başladığı Giresun Üniversitesi'nde 2010 yılına kadar Rektör yardımcılığı yaptı. Giresun Üniversitesi Fen Edebiyat Fakültesi dekanlığı görevini yürütmüş olan Attar 28 Mart 2012 tarihinde Cumhurbaşkanı Abdullah Gül tarafından Giresun Üniversitesi Rektörlüğü'ne atandı. Türkiye ve Jeopolitik, Türk-Ermeni İlişkileri, Yakındönem Orta Asya Tarihi, Transkafkasya Tarihi, Genel Türk Tarihi, Rusya Tarihi, Yakın dönem Orta Doğu Tarihi ve Dış Türkler konularında uzmanlaşmıştır. Aygün Attar, Rusça, İngilizce ve Farsça dillerini iyi derecede bilmektedir. http://blog.milliyet.com.tr/aygun-attar-i-taniyor-musunuz-/Blog/?BlogNo=174099


 

Axundov İlham – Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Vaterlo Universitetinin professoru


adil_bagirov

Bağırov Adil – 1978-ci il aprelin 23-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Cənubi Kaliforniya Universitetini bitirib. 2011-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Rusiya-Amerika münasibətlərində və dünya siyasətində neft-qaz faktoru” mövzusunda dissertasiya müdafiə edib və siyasi elmlər doktoru alimlik dərəcəsi alıb. 2004-cü ildən Ümumdünya Enerji Strategiyasının Beynəlxalq İşlər üzrə vitse-prezidentidir. 2009-cu ildən ABŞ-da Qarabağ Fondunun İdarə Heyətinin sədri və həmtəsiscisidir. 2008-ci ildə isə ABŞ Turkiyə Şəbəkəsi (USTN) qeyri-hökumət təşkilatının baş direktoru və həmtəsisçisidir. Azərbaycan diasporunun ən nüfuzlu təşkilatlarından biri olan ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) baş direktorudur. 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.


hikmet_cavadov

Cavadov Hikmət – 1982-ci ilin may ayının 5-də Bakı şəhərində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 2004-cü ildə Ukraynanın Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsinə qəbul olmuş, 2008-ci ildə həmin institutda "Torpaq qanunvericiliyinin pozuntusuna görə mülki məsuliyyət" mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. 2009-cu ildə institutun elmi şurası tərəfindən təstiq olunmuş elmi monoqrafiyası nəşr olunmuşdur. Hazırda həmin institutun doktorantura şöbəsində elmi fəaliyyətini davam etdirir. 2005–ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində "Demokratiyanın Nəbzi" Beynəlxalq İctimai təşkilatını təsis etmiş və hal-hazırda bu təşkilatın sədri vəzifəsində ictimai fəaliyyətini davam etdirir. Bu təşkilatın nəznində rus dilində dərc olunan "Slovo Azerbaydjana" və Azərbaycan dilində "Azərbaycanın sözü" qəzetlərinin şef redaktoru, "Ədalət" hüquq klinikası, Kiyev şəhərində fəaliyyət göstərən bazar günü məktəbi, "PD" online tv layihələrinin rəhbəridir.


 efendiyev_mesud

Əfəndiyev Məsud – 1970-ci ildə Zaqatalada Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirib. Elə həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. Təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. 1974-75-ci illərdə professorlar M.Vişkinin və A.Şnirelmanın rəhbərliyi altında diplom işi yazıb. Uğurla namizədlik, doktorluq dissertasiyalarını müdafiə edib. Alim Almaniyanın müxtəlif ali təhsil müəssisələrində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiri və Münhen Universitetinin professorudur. 2005-ci ildə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Science-JSPS" təşkilatının mükafatına layiq görülüb.Dünya elmində ən yüksək təltiflərdən ("Kiçik Nobel" mükafatı) sayılan, Almaniya hökumətinin təsis etdiyi "Aleksandr fon Humboldt" mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb. Dünyanın ən nüfuzlu elmi jurnallarında 160-dan çox elmi məqaləsi dərc edilib, 5 monoqrafiyası Amerika, Almaniya, İsveçrə və Yaponiyada çap olunub. Dünyanın tanınmış jurnallarından biri "İnternational Journal of Biomathematics and Biostatistics"in baş redaktorudur.


memmedbagir_aliyev

Əliyev Məmmədbağır – 1955-ci ildə Kurqan-Tübə şəhərində doğulmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. O 1979-1991-ci illərdə M.Əliyev xəstəxana və onkoloji mərkəzlərdə həkim işləmişdir. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək burada hərəkət dayaq aparatının şişləri şöbəsində aparıcı mütəxəssis kimi işləməyə başlamışdır. Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məmmədbağır Cavad oğlu Əliyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalamışdır. 150-dən artıq elmi işin, iki monoqrafiyanın bir sıra səmərələşdirici təkliflərin müəllifidir. Rəhbərliyi altında bir çox elmlər namizədi və doktor yetişmişdir. Ümumrusiya Azərbaycan Konqresinin prezidenti, Rusiya Dövlət Mükafatı laureatı, Rusiya Tibb Akademiyasının həqiqi üzvü və akademikdir.


iqbal_haciyev 

Hacıyev İqbal – 1983-cü ildə yanvarın 4-də Bakı şəhərində anadan olmuşdur. 2000- 2004-cü illərdə isə Buxarest Dövlət Universitetinin siyasi elmlər fakültəsinin ingilis dili bölməsinin tələbəsi olmuşdur. 2004-2008-ci illər Konstansa Ovidius Dövlət Universitetinin rumın dili bölməsinin doktorantı olmuşdur. 2008-ci il sentyabrın 29-da Rumıniyada tarix elmləri doktoru dərəcəsini almış, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 2010-cu il 23 fevral qərarı ilə tarix üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür. 2001-ci il dekabrın 11-dən Rumıniyada təsis olunmuş Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədridir. 2002-ci il avqustun 15-də Azərbaycanda təsis olunmuş Azərbaycan Gənclər Assosiasiyasının Rumıniya üzrə koordinatoru, 2003-cü ildən isə Rumıniyada çıxan “Geopolitika” jurnalının əməkdaşıdır. 2006-cı ilin martından Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 2007-ci ilin martından Avropa Azərbaycanlıları Konqresinin Rumıniya üzrə vitseprezidenti, 2007-ci dekabrından isə H.Əliyev Fondunun Rumıniya Nümayəndəliyinin direktorudur. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.


abulfas_xamedov

Xamedov Əbülfəs – Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru


xelil_kelenter

Kələntər Xəlil – 1981-ci ildən Yaponiyanın Naqoya Universitetində çalışıb. Naqoya və Tohoku universitetlərində doktorluq dərəcəsi alıb. Elektronika mühəndisliyi, yeni nəsil ekranların yaradılması sahəsində 100-ə yaxın patentin, yapon dilində üç kitabın, 130-dan artıq elmi məqalənin müəllifidir. 1995-ci ildən bəri LCD blokları üçün optik cihazlar və modullar üzərində çalışır. Dünyada ilk dəfə işıqla yönləndirilən mikro-reflektorlu və mikro-deflektorlu optik lövhələr yaratmışdır. 2007-ci ildə LCD işıqlandırılmasında istifadə edilən işıq şüaları üçün kəşf etdiyi yeni optik-dizayn metoduna görə xüsusi mükafata layiq görülmüşdür. 2008-ci ildə displey elektronikası və optikası üzrə ABŞ-ın bütün dünyada tanınan nüfuzlu “Society for Information Display” (SID) Cəmiyyətinin fəxri üzvü seçilmişdir. SID üzrə 2011-ci ildə keçirilmiş konfransda “Ən yaxşı məqalə” mükafatını almışdır. “Global Optical Solutions” şirkətinin baş tədqiqatçısıdır, SID Cəmiyyəti proqram komitəsinin üzvüdür. Əsərləri ingilis, yapon, Çin və Koreya dillərində dərc olunmuşdur. Yalnız Yaponiyada deyil, Amerika, Asiya və Avropada elektronika, yeni nəsil displey ekranlar sahəsində böyük mütəxəssis kimi tanınır. http://patents.justia.com/inventor/kalil-kalantar
http://www.anl.az/down/meqale/medeniyyet/2014/iyul/382255.htm


baxsheli_quliyev

Quliyev Baxşəli – f.r.e.d., professor, Yüzüncü Yıl Üniversitetinin professoru, (Yüzüncü Yıl Üniversitesi, Van, Türkiyə)


qerib_murshudov

Mürşüdov Qərib  19 dekabr 1962-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdır. Təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun Biotexnologiya qrupuna gəlmiş, sonra Moskva şəhərinə, SSRİ EA-nın Kristalloqrafiya İnstitutuna göndərilmişdir. 1987-1993-cü illərdə Rusiya Kristalloqrafiya İnstitutunda çalışıb. 1993-cü ildə "Micrococcus lysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 1,5 A ayırdetmə dəqiqliyi ilə üçölçülü quruluşu" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. O 1993-2011-ci illlərdə Böyük Britaniyanin York Universitetinde işləmişdir. 2011-ci ildən MRC Molekulyar Biologiya tədqiqat institunda, Kembricdə qrup rəhbəri kimi çalışır. http://www2.mrc-lmb.cam.ac.uk/group-leaders/h-to-m/garib-murshudov/


vuqar_novruzov

Novruzov Vüqar – 1962-ci ildə Laçın rayonuda anadan olub. 1988-ci ildə Moldova Dövlət Universitetinin hüquq fakultəsini bitirib, hüquq elmləri doktorudur. 1992-ci ildən biznes fəaliyyəti ilə məşuldur, "Azmol Kompany" şirkətinin baş direktorudur. 2004-cü ildən Moldova Azərbaycanlıları Konqresinin sədridir. "Dədə Qorqud" Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq jurnalı Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovu "Vətən övladı" ordeni ilə təltif edib. Moldova Prezidenti tərəfindən "Gloria Muncii" ordeni ilə təltif edilib. Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə Vüqar Şahmar oğlu Novruzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 iyul 2011-ci il sərəncamı ilə “"Tərəqqi" medalı” ilə təltif edilib. http://www.diaspora.gov.az/index.php?options=news&id=11&news_id=802


murad_omerov

Ömərov Murad – 28 mart 1963-cü ildə Kürdəmir rayonunda anadan olmuşdur. 1980-ci ildə Xarkov Radio Elektronika İnstitutuna qəbul olunmuşdur. 1991-ci ildə İnformasiya ötürülməsi üzrə fiber-optik rabitə sistemləri sahəsində namizədlik dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildə professor adını qazanmışdır. 2015-ci ildə Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilmişdir. 2001-ci ildə Xarkov vilayəti Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin sədri seçilmişdir. 2004-cü ildə “XXI əsrin liderləri” beynəlxalq imic proqramının ekspertlər şurasının qərarı ilə Ukraynanın sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Ukrayna iş adamı” medalı və diplomu ilə mükafatlandırılmışdır. 2006-cı ildə Xarkov şəhər Şurasının İcraiyə komitəsinin “Millətlərarası sülh və razılığın möhkəmləndirilməsi” nominasiyasında mükafata layiq görülmüşdür. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. http://diaspora.gov.az/index.php?options=content&id=564
http://nure.ua/university/structure/departments/tsoig/natural/staff/murad-anverovich-omarov/


teymur_rzayev

Rzayev Teymur – 1959-cu il iyulun 15-də Bakı şəhərində anadan olmuşdur. 1982-1988-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil almışdır. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirərək doktorluq elmi dərəcəsini qazanmışdır. Hazırda Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1992-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, 1994 2006-cı illərdə isə İstanbul şəhəri İstək Atatürk liseyində müəllim işləmişdir. 2005-ci ildən etibarən YUNESKO-nun Beynəlxalq Plastik Sənətlər Assosiasiyası Türkiyə Milli Komitəsinin Üzvlüyə Qəbul Komissiyasının üzvüdür. 2006-cı ildən etibarən Yeditepe Universiteti İncəsənət fakültəsi Plastik sənətlər şöbəsində müəllim işləyir. 2006-cı ildə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuş Dünya azərbaycanlıları ziyalıları forumunda iştirak edən rəssamlar tərəfindən Türkiyədə yaşayan rəssamların koordinatoru seçilmişdir.




HİKMƏTLİ SÖZLƏR