ENG

Elmin İnkişafı Fondu ilə Ukrayna Dövlət Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

1098
A A A
May 22 2017

2017-ci il 17 may tarixində Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayevin Ukraynanın paytaxtı Kiyev şəhərinə səfəri çərçivəsində Elmin İnkişafı Fondu ilə Ukrayna Dövlət Fundamental Tədqiqatlar Fondu (UDFTF) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Ukrayna tərəfindən Memorandumu UDFTF-nun direktoru akademik Borıs Grınyov (Borys Grynyov) imzalayıb.

Memorandumun imzalanmasından öncə hər iki qurum arasında əməkdaşlığın faydalı və səmərəli olacağına əminlik vurğulanıb. Gələcəkdə beynəlxalq Sazişin imzalanması və birgə qrant müsabiqələrinin təşkil edilərək keçirilməsi nəzərdə tutulur.

Memoranduma əsasən, tərəflər hər iki ölkənin inkişafında elm, texnologiya və innovasiyaların əhəmiyyətini qəbul etməklə, bərabərlik və qarşılıqlı fayda əsasında elmi əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək, Azərbaycan və Ukraynanın elmi-tədqiqat institutları, qurumları və universitetləri arasında elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı təşviq etmək və dəstəkləmək barədə razılığa gəliblər.

EİF və UDFTF öz ölkələri üçün prioritet hədəfləri nəzərə alaraq, qarşılıqlı maraq doğuran təbiət elmləri, tibb və səhiyyə elmləri, kənd təsərrüfatı elmləri, sosial və humanitar elmlər sahələrində, həmçinin fənlərarası tədqiqatlarda və kadr hazırlığı üzrə əməkdaşlıq edəcəklər.  Hər iki ölkənin alimləri arasında ənənəvi elmi əlaqələr nəzərə alınmaqla, riyaziyyat, astronomiya və digər elm sahələri üzrə tədqiqatlar ilkin prioritetlər kimi razılaşdırılıb.

Gələcək əməkdaşlığın xüsusi formaları kimi tədqiqat nəticələrinin, həmçinin alim, mütəxəssis və tədqiqatçıların səfər mübadilələri də daxil olmaqla birgə tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsi, birgə elmi iclaslar, konfranslar, simpoziumlar, kurslar, seminarlar, sərgilər və s. təşkili və onların işində iştirak, ikitərəfli elmi və texnoloji əməkdaşlıq çərçivəsində yaranacaq elmi-texniki tədqiqatların nəticələrinin, informasiyanın və sənədlərin mübadiləsi, müştərək tədqiqat və inkişaf layihələri üçün tədqiqat və inkişaf vasitələrindən və elmi avadanlıqdan birgə istifadə nəzərdə tutulur.

Tərəflər Avropa Birliyinin Çərçivə Proqramlarında və tədqiqat, inkişaf və innovasiya üzrə digər beynəlxalq əməkdaşlıq proqramlarında iştirak çərçivəsində də əməkdaşlıq edəcəklər. Əməkdaşlığın səmərəli icrası üçün birgə komissiya yaradılacaq.

UDFTF-na səfər çərçivəsində bu fondun fəaliyyəti ilə tanışlıq da baş tutub və təcrübə mübadiləsi aparılıb.

2017-ci il 18 may tarixində EİF-in icraçı direktoru Elçin Babayev Ukrayna Təhsil və Elm Nazirliyində keçirilən Ukrayna Dövlət Fundamental Tədqiqatlar Fondunun 25-illik yubiley tədbirində və Elm-Cəmiyyət-Şəxsiyyət-2017 beynəlxalq konfransında da iştirak edib.

Tədbirdə Elçin Babayev tərəfindən “Azərbaycanda elmi tədqiqatların qrant maliyyələşdirilməsi: öyrəndiklərimiz, əldə edilən təcrübə və əməkdaşlıq perspektivləri” mövzusunda məruzə edilib. Elmin İnkişafı Fondunun təcrübəsi maraq doğurub, qrant layihələrinin və ekspertizasının idarə olunması üzrə Fond tərəfindən yaradılmış “e-Qrant” elektron sistemindəki yeniliklər yüksək qiymətləndirilib.

EİF-in icraçı direktoru Elçin Babayev “Elm-Cəmiyyət-Şəxsiyyət-2017” beynəlxalq konfransı çərçivəsində Beynəlxalq münsiflər heyətinin üzvü kimi gənc alimlərin elmi işlərinin qiymətləndirilməsi və mükafatlandırılmasında da iştirak edib.

Azərbaycanı təcəssüm etdirən hədiyyələr UDFTF-na təqdim olunub.

Səfər çərçivəsində EİF-in icraçı direktoru Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun Elmi Şurasının sədri və direktoru akademik Sergey Qaponenko ilə də görüşüb, əməkdaşlıq məsələləri, cari AzBel-2+ müsabiqəsi və digər məsələlər müzakirə olunub.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

17 травня 2017 року відбулася офіційна зустріч Директора Державного фонду фундаментальних досліджень Бориса Вікторовича Гриньова і виконавчого директора Фонду розвитку науки при Президентові Республіки Азербайджан Ельчіна Бабаєва

 

17 травня 2017 року відбулася офіційна зустріч Директора Державного фонду фундаментальних досліджень Бориса Вікторовича Гриньова і виконавчого директора Фонду розвитку науки при Президентові Республіки Азербайджан Ельчіна Бабаєва.

Під час зустрічі було обговорено підходи до організації грантової підтримки в країнах, конкурси, що проводять організації, та можливості подальшої співпраці.

В рамках зустрічі було підписано Меморандум про порозуміння між Державним фондом фундаментальних досліджень та Фондом розвитку науки при Президентові Республіки Азербайджан, що передбачає продовження діалогу щодо організації співпраці між Фондами та укладення угоди, що дозволить провести спільний конкурс за визначеними пріоритетами.

 

HİKMƏTLİ SÖZLƏR