ENG

“Vətəndaş elmi” kitabı işıq üzü görüb

334
A A A
Aprel 09 2018

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Vətəndaş elmi” kitabı çapdan çıxıb.

Nəşrin elmi redaktoru institutun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevdir.

Kitabda vətəndaş və informasiya cəmiyyətlərinin formalaşması məsələləri, bu cəmiyyətlərin ayrılmaz tərkib hissəsinə çevrilmiş, elektron elmin inkişafının yeni istiqaməti kimi formalaşan vətəndaş elminin məqsədləri, mahiyyəti, xarakterik xüsusiyyətləri və qabaqcıl vətəndaş elmi layihələri tədqiq edilib. Vətəndaş elminin formalaşması və inkişafında müasir informasiya texnologiyaları və sosial medianın rolu araşdırılıb, onun elektron elmlə qarşılıqlı əlaqəsi göstərilib.

Nəşrdə tədqiqatların nəticəsi kimi vətəndaş elmi layihələrinin sosial, humanitar, təbiət, coğrafiya, ətraf mühitin tədqiqi, astronomiya elmlərində, proqram vasitələrinin inkişafında müvəffəqiyyətlə tətbiq olunduğu göstərilir.

Qeyd edək ki, “Vətəndaş elmi” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə hazırlanıb.

Mənbə: AMEA

HİKMƏTLİ SÖZLƏR