ENG

Argentina Respublikasının Azərbaycandakı səfiri Karlos Diva Elmin İnkişafı Fondunda olub

152
A A A
Sentyabr 14 2018
 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu beynəlxalq əlaqələrini genişləndirir və əməkdaşlıq sahəsində konkret planlar həyata keçirir.

2018-ci il 14 sentybar tarixində Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Diva Elmin İnkişafı Fondunda olub. Azərbaycanda diplomatik missiyasını başa çatdıran Argentina səfiri ötən illərdə əməkdaşlıq etdiyi Elmin İnkişafı Fondunu ziyarət etməklə bu əlaqələrin önəmli olduğunu bir daha sübut edib.

Görüşdə Fondun icraçı direktoru Elçin Babayev bir daha Azərbaycan və Argentina arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb.

O qeyd edib ki, digər sahələrdə olduğu kimi elmi əməkdaşlıq da yeni dövrün tələblərinə uyğun olaraq qurulmalı, birgə maraq doğuran elmi prioritetlər nəzərə alınmaqla və tətbiqi sahələrə üstünlük verilməklə əməkdaşlığa başlanılmalıdır.

Səfir Karlos Diva da hər iki ölkə arasında ən müxtəlif səviyyələrdə mövcud olan siyasi, iqtisadi və humanitar münasibətləri xarakterizə edib. O, yeni təyin olunacaq səfir tərəfindən Azərbaycan və Argentina alimləri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdiriləsinə hər cür dəstək göstəriləcəyinə əmin olduğunu qeyd edib.

Elmin İnkişafı Fondu tərəfindən cənab Karlos Divaya xatirə hədiyyələri təqdim edilib. 

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR