ENG

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Elmin İnkişafı Fondunda onlayn tədbir keçirilmişdir

330
A A A
May 08 2020

11:00

Tədbirdə Fondun müşaviri Toğrul Quliyev görkəmli dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün əlamətdar bir tarix olduğunu vurğulayıb. O qeyd edib ki, Ulu Öndər millətinə əvəzsiz xidmətləri ilə əbədiyaşar bir zirvəyə yüksəlib. Müstəqil Azərbaycanın dövlət quruculuğu məhz onun adı ilə bağlıdır. Bu adı daha da ucaltmaq üçün hər bir vətəndaş dövlətimizə sədaqətlə xidmət etməli, onu Heydər Əliyev kimi sevməyi bacarmalıdır. O qeyd edib ki, Heydər Əliyevin dövlətçilik prinsiplərini bu gün onun layiqli varisi, Prezident İlham Əliyev uğurla davam etdirir.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR