ENG

Azərbaycan və Belarus elm fondları arasında əlaqələr gücləndirilir

1005
A A A
May 20 2016

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun beynəlxalq əlaqələrinin gücləndirilməsi, keçirilməsi planlaşdırılan birgə qrant müsabiqələrinin müzakirəsi və müvafiq protokolun imzalanması, iclas və görüşlərdə iştirak etmək məqsədilə Fondun icraçı direktoru Elçin Babayev 2016-cı il 19-20 may tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində olub.

Minsk şəhərində Belarus Respublika Fundamental Tədqiqatlar Fondunda (BRFTF) keçirilməsi planlaşdırılan növbəti birgə qrant müsabiqəsinin müzakirəsi aparılıb, 19 may 2016-cı il tarixində tərəflər arasında rəsmi Protokol imzalanıb.

Elmin İnkişafı Fondunun Bakıda təşkil edərək keçirdiyi 1-ci Azərbaycan-Belarus elmi konfransının uğurları nəzərə alınmaqla 2-ci konfransın Minskdə keçirilməsi razılaşdırılıb. 20 may 2016-cı il tarixində Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun Elmi Şurası və Himayədarlar Şurasının birgə iclasında və BRFTF-nin 25 illiyinə həsr olunmuş “Fundamental tədqiqatlar sahəsində MDB ölkələrinin əməkdaşlığı” mövzusunda işçi iclasda iştirak baş tutub və məruzə edilib.

Ezamiyyət zamanı tədbirlərdə iştirakla yanaşı, bir sıra qısamüddətli görüş və müzakirələr də keçirilb, əməkdaşlıq imkanları müzakirə olunub, Belarus MEA-nın Muzeyi ilə tanışlıq baş tutub.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR