ENG

Növbəti geomaqnit qasırğası gözlənilir

Oktyabr 23 2017

Sabah və qarşıdan gələn 2 gündə güclü geomaqnit həyəcanlaşması gözlənilir. Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin, o, getdikcə artacaq. 24 oktyabr tarixində axşama doğru G1 kateqoriyalı, 25 oktybarda isə G2 kateqoriyalı qasırğa gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir.

Bu dəfəki geomaqnit həyəcanlaşmasının da əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hal-hazırda “günahkar” plazma küləyini sürəti 440 km/saniyə-dir.

Hal-hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır.

Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur.

Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.

HİKMƏTLİ SÖZLƏR