2011-ci il 21 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində gənc alimlərin qrant müsabiqəsi ilə bağlı görüş keçirilmişdir

Görüşün məqsədi planlaşdırılan müsabiqənin obyektiv, təkmil və şəffaflıq prinsiplərinə əməl olunmaqla keçirilməsi və müsabiqənin meyarlarının təyinində gənclərlə məsləhətləşmələr aparılması olmuşdur. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika, Genetik Ehtiyatlar, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Mikrobiologiya, Geologiya, Torpaqşünaslıq və Aqrokimya, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutularından, Botanika Bağından, həmçinin Bakı Dövlət Universitetindən, Azərbaycan Dövlət Neft Akademiyasından, Sosial Ekoloji Mərkəzdən və Yeni Nəsil Hüquqşünaslar Assosiasiyasından gənc alim və mütəxəssislər iştirak etmişlər. Görüş zamanı gənc alimlərə və mütəxəssislərə qrant layihələrinin idarə olunması ilə bağlı məlumat verilmiş və onların sualları cavablandırılmışdır. Gənc alimlərin müsabiqə ilə bağlı təklifləri də dinlənilmişdir. Görüş qarşılıqlı müzakirə şəraitində keçmişdir. Görüşdə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini Rzayeva Roida xanım iştirak etmişdir.

Görüşdə iştirak etmiş gənc alim və mütəxəssislərin siyahısı

Görüşə yazılan, lakin iştirak etməyən gənc alim və mütəxəssislərin siyahısı

Bakı ş.
21-10-2011


 

Prezident Administrasiyasi
Nazirler Kabineti

Rabita ve Informasiya Texnologiyaları Nazirliyi

statistics for vBulletin
2011 © Copyright: Science Development Foundation under the President of the Republic of Azerbaijan