Xocalıya ədalət

2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə başlanan və “Xocalıya ədalət” devizi altında keçirilən Beynəlxalq maarifləndirmə kampaniyası dünya ictimaiyyətini 1992-ci il fevralın 26-da Ermənistanın quldur silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin yeddi minlik dinc əhalisinə qarşı törədilmiş misli görünməmiş soyqırım aktına siyasi-hüquqi qiymət verməyə çağırır.


“Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il Azərbaycanda və digər ölkələrdə tədbirlər keçirilir. Hazırda kampaniya  çərçivəsində dünya birliyini  Xocalı soyqırımına müvafiq qiymət verməyə çağıran ərizə-petisiya üçün imza toplamaq üzrə beynəlxalq aksiya davam edir. Biz, Elmin İnkişafı Fondu olaraq, elmi elitamızı və saytımızın dəyərli istifadəçilərini bu aksiyada iştirak etməyə çağırırıq.
Aşağıda göstərilən istinaddan keçərək, petisiyanı imzalamağınızı rica edirik:

http://justiceforkhojaly.org/site/?p=petition

Bakı ş.
10-02-2012

 


 

Prezident Administrasiyasi
Nazirler Kabineti

Rabita ve Informasiya Texnologiyaları Nazirliyi

statistics for vBulletin
2011 © Copyright: Science Development Foundation under the President of the Republic of Azerbaijan