1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı soyqırım törədilmişdir!
| 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən Azərbaycan xalqına qarşı soyqırım törədilmiş, erməni separatçıları sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərini işğal etmişlər. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olunmuşdur: |
 |
613 nəfər şəhid oldu (onlardan 106 nəfəri qadın, 56 nəfəri azyaşlı uşaq idi…);
- 487 nəfər şikəst edildi;
- 8 ailə bütövlükdə məhv edildi;
- 25 azyaşlı uşaq hər iki valideynini itirdi;
- 130 uşaq valideynlərindən birini itirdi;
- 59 nəfər xüsusi qəddarlıqla qətlə yetirildi;
- 1000 nəfərdən çox şəhər sakini əlil oldu;
- 1275 nəfər əsir və girov götürüldü (əsir düşənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil...).
Azərbaycan Respublikasının Milli Məclisi fevral ayının 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir.
Xocalı faciəsindən 20 il ötür… Elmin İnkişafı Fondunun icraçı direksiyasında 24 fevral tarixində bu günlə bağlı Anım Mərasimi keçiriləcəkdir. Tədbirdə millət vəkili, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Fondun cari layihəsinin rəhbəri Yaqub Mahmudov və Qarabağlı alim, Fondun cari 2 layihəsinin (1-i beynəlxlaq olmaqla) rəhbəri, texnika elmləri doktoru Valeh Baxşəliyev iştirak edəcəklər.
Bakı ş.
10-02-2012