XƏBƏRLƏR
17.01.2012
22 il bundan əvvəl olduğu kimi, yenə də Şəhidlərin müqəddəs ruhu yad edilir. Bu bizim “Qan yaddaşımız”-ın şanlı bir qəhrəmanlıq səhifəsidir! (daha ətraflı)
12.12.2011
12 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev XX əsr Azərbaycan və dünya siyasəti tarixində Heydər Əliyevin yerindən və rolundan, Azərbaycanın dövlət müstəqilliyinin siyasi, iqtisadi, mənəvi əsaslarının yaradılmasında Ulu Öndərin müstəsna xidmətlərindən bəhs etmişdir.
(daha ətraflı)
10.11.2011
Elmin Inkişafı Fondunda "Ümumdünya Elm Günü" ilə bağlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilən və UNESCO tərəfindən təsis olunmuş 10 noyabr Ümumdünya Elm Gününə həsr olunmuş tədbirdə elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə Gənc alim və mütəxəssislərin ilk müsabiqəsinin (EİF/GAM-2011-2(4)) keçirilməsi haqqında elan olunmuşdur. (daha ətraflı)
26.10.2011
2011-ci ilin 1-ci müsabiqəsi çərçivəsində qalib olmuş 82 layihə rəhbərləri ilə müqavilələrin imzalanması prosesi davam edir.
Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci müsabiqəsi çərçivəsində qalib olmuş 82 layihə rəhbərləri ilə müqavilələrin imzalanması prosesi davam edir və bir çox layihələrin maliyyələşdirilməsinə başlanmışdır. (daha ətraflı)
21.10.2011
"Springer" nəşriyyatının xüsusi layihələr və kitabxana üzrə satış direktoru cənab Frans Lettenştrom və Rusiya Fundamental Tədqiqatlar Fondunun sabiq rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Vladislav Yuryeviç Xomiç EİF-də olmuşlar.
21 sentyabr 2011-ci il tarixində "Springer" nəşriyyatının xüsusi layihələr və kitabxana üzrə satış direktoru cənab Frans Lettenştrom və Rusiya Fundamental Tədqiqatlar Fondunun sabiq rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Vladislav Yuryeviç Xomiç EİF-də olmuşlar. Görüşdə Elmin İnkişafı Fondunun icraçı direktoru Fondun yaranması, işi və fəaliyyəti, 2 il ərzində keçirdiyi müsabiqələr və xarici fondlarla əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat vermişdir. (daha ətraflı)
21.10.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Elmi İnkişafı Fondunun icraçı direksiyasının ofisində gənc alimlərin qrant müsabiqəsi ilə bağlı görüş keçirilmişdir.
Görüşün məqsədi planlaşdırılan müsabiqənin obyektiv, təkmil və şəffaflıq prinsiplərinə əməl olunmaqla keçirilməsi və müsabiqənin meyarlarının təyinində gənclərlə məsləhətləşmələr aparılması olmuşdur. (daha ətraflı)
20.10.2011
"Qaradağ Sement"ASC-nin baş direktoru Raoul Waldburger və ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə menecer Rəna Tahirova EİF-də olmuşlar.
20 sentyabr 2011-ci il tarixində "Qaradağ Sement" ASC-nin baş direktoru Raul Valdburger və ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə menecer Rəna Tahirova Elmin inkişafı Fondunda olmuşlar. Görüşdə icraçı direktor Fondun yaranması, işi və fəaliyyəti, perspektiv planları və 2 il ərzində keçirdiyi müsabiqələr haqqında ətraflı məlumat vermişdir. (daha ətraflı)
17.10.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Elmin İnkişafı Fondunun icraçı direksiyası iştrak etmişdir. (daha ətraflı)
03.10.2011
Press-reliz.
2011-ci il 5 oktyabr tarixində saat 11.00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Fizika İnstitutunun (H.Cavid prospekti, 33) akt zalında Azərbaycan Respublikasının Prezidenti
yanında Elmin İnkişafı Fondunun qrantı hesabına maliyyələşdirilən “Yüksək texnologiyalar
üçün yeni materiallar və cihaz strukturu” adlı iri maliyyə həcmli pilot layihəsinin yerinə
yetirilməsinin gedişi haqqında hesabat və monitorinq xarakterli seminar keçiriləcəkdi. (daha ətraflı)
28.09.2011
İngiltərənin "The Leadership Agency Ltd" şirkətinin Layihə Direktoru cənab Riçard Çalk (Richard Chalk) EİF-də olmuşdur.
Görüşdə Elçin Babayev Elmin İnkişafı Fondunun yaranması və fəaliyyəti haqqında geniş məlumat vermiş, cənab Riçard Çalkı maraqlandıran sualları cavablandırmışdır. (daha ətraflı)
12.09.2011
Elmin İnkişafı Fondu tərəfindən “Qrant layihələrinin idarə olunması və yerinə yetirilməsi üzrə Seminar və Təqdimat” keçirilmişdir.
Tədbirdə Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci müsabiqəsinin qalibi olmuş 82 layihənin rəhbərləri, Fondun 2010-cu il üzrə 1-ci müsabiqəsinin qalibi olmuş və təqdimatı keçirilən bir neçə layihənin rəhbər və icraçıları, Fondun icraçı direksiyasının əməkdaşları, dəvət olunmuş qonaqlar və KİV nümayəndələri iştirak etmişlər. (daha ətraflı)
26.04.2011
Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilmişdir
Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yığıncaqda iştirak edib. (daha ətraflı)
13.04.2011
13 aprel 2011-ci il tarixində Dünya Bankının elm, texnologiya və innovasiya üzrə mütəxəssisi K. Sezar Yammal Elmin İnkişafı Fondunda olmuşdur.
Dünya Bankının elm, texnologiya və innovasiya üzrə mütəxəssisi, Argentinanın İnnovos Şirkətlər Qrupunun prezidenti K. Sezar Yammal və Azərbaycanda Milli Tempus Ofisinin rəhbəri Pərviz Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşdur. Görüşdə Azərbaycanda elm və təhsilin inkişafı sahəsində qrant layihələrinin maliyyələşdirilməsi məsələləri müzakirə olunmuş, bu sahədə Fondun təcrübəsi öyrənilmişdir.
12.04.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda Ümumdünya Kosmos Günü - insanın kosmosa ilk uçuşunun 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Fondun icraçı direktoru Elçin Babayev kosmosun tədqiqində ictimaiyyətə az bəlli olan faktlar barədə tədbir iştirakçılarına məlumat verib.
Yuri Qaqarinin kosmosa ilk uçuşu ilə bağlı sənədli video-çarxlar nümayiş etdirilib.
Tədbirin sonunda Bakı planetariumunu ziyarət etmək qərara alınıb.
05.04.2011
Elmin İnkişafı Fondunun icraçı direktoru Bakı Dövlət Universitetində keçirilmiş Elmi şuranın növbəti iclasında iştirak edib
AMEA-nın Rəyasət Heyəti və BDU-nun Elmi Şurasının üzvlərinin, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafının, elmi kadrların hazırlanmasının, elmi potensialının gücləndirilməsinin, elmi-texniki nailiyyətlərin əldə olunmasının əhəmiyyətindən danışan rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib. (daha ətraflı)
31.03.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib
31 mart 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə azərbaycanlıların soyqırımının tarixi, xüsusi olaraq, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda və Lənkəranda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror və digər zorakılıq aktlarının həyata keçirilməsi barədə danışılıb və Azərbaycana qarşı erməni terrorunun hələ də davam etdiyi xüsusi olaraq vurğulanıb. (daha ətraflı)
09.03.2011
ABŞ Prezidenti Barak Obamanın elmi məsələlər üzrə xüsusi elçisi xanım Elis Qast Elmin İnkişafı Fondunda olmuşdur
ABŞ Prezidenti Barak Obamanın təhsil və elm sahələrində əlaqələrin möhkəmləndirilməsi təşəbbüsü çərçivəsində ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi, tanınmış kimyaçı-mühəndis və «Lehigh» Universitetinin prezidenti xanım Elis Qast (Alice P. Gast) və nümayəndə heyətinin üzvləri – ABŞ Dövlət Departamentinin Okeanlar, ətraf mühit və elm bürosunun Mərkəzi, Şərqi Avropa və Rusiya ilə Elmi və Texnoloji Əməkdaşlıq məsələləri üzrə məsul şəxsi xanım Elizabet Dauğarti (Elizabeth Daugharty), ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Terri Devidson, İqtisadi məsələlər üzrə müşavir xanım Olqa Romanova, Təhsil və mədəniyyət işləri üzrə müşavir Brent Mayer və Səfirliyin əməkdaşı xanım Sədaqət Davudova Azərbaycana səfər proqramına uyğun olaraq 9 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda olmuşlar. (daha ətraflı)
28.02.2011
CRDF rəsmiləri EİF-də olmuşlar
28 fevral 2011-ci il tarixində CRDF-in (ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu) Mərkəzlər, İnstitutlar Yaradılması və İnnovasiya üzrə Proqram direktoru Con Modzelevski və Baş proqram meneceri Eldar İmanverdiyev Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar. (daha ətraflı)
14.02.2011
Qalib layihələrin maliyyələşdirilməsi
Elmin İnkişafı Fondunun qrant müsabiqələri çərçivəsində qalib gəlmiş layihələrin maliyyələşdirilməsinə başlanmışdır.(daha ətraflı)
11.02.2011
Dünya şöhrətli alim Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir..(daha ətraflı)
03.02.2011
Elmşünas alim Səlahəddin Xəlilov EİF-də olmuşdur
03 fevral 2011-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşdur.(daha ətraflı)
01.02.2011
EİF əməkdaşları Müasir İncəsənət Muzeyində olmuşlar
01 fevral 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun kollektivi Müasir İncəsənət Muzeyində olmuşdur. (daha ətraflı)
01.02.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
01 fevral 2011-ci il tarixində 2011-ci il üçün 1-ci müsabiqəsi çərçivəsində
sonuncu məsləhət seminarını keçirmişdir
01 fevral 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF-2011-1(3)) 2011-ci il üçün 1-ci müsabiqəsinin sonuncu məsləhət seminarını keçirmişdir.(daha ətraflı)
31.01.2011
YUNESKO rəsmiləri EİF-də olmuşlar
31 yanvar 2011-ci il tarixində YUNESKO-nun Təbiət Elmləri sektorunun Elm, Texnologiya və İnnovasiya Araşdırmaları sektorunun rəhbəri Eduardo Martinez və həmin seksiyanın müşaviri Vəfa Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar. (daha ətraflı)
24.01.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 24 yanvar 2011-ci il tarixində növbəti məsləhət seminarını keçirmişdir
24 yanvar 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) növbəti məsləhət seminarını keçirmişdir.(daha ətraflı)
20.01.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət ediblər
2011-ci il 20 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun rəhbərliyi və kollektivi Qanlı Yanvar faciəsində şəhid olmuş qəhrəmanlarımızın əbədiyyətə qovuşduğu Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi uğrunda doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canlarından keçmiş vətənpərvər Azərbaycan oğul və qızların əziz xatirəsi yad edilmiş, məzarların üzərinə gül dəstələri qoyulmuşdur.
19.01.2010
Fransanın Azərbaycandakı Səfirliyində görüş
2011-cu il 19 yanvar tarixində Fransanın Azərbaycandakı Səfirliyində keçirilən işgüzar görüşdə EİF-in icraçı direktoru Elçin Babayev, EİF-in baş məsləhətçisi Günel Həsənova, səfirliyin Əməkdaşlıq və Mədəniyyət Attaşesi Lük Obri (Luc Aubry), Fransanın elmi-təqdiqatlar mərkəzinin (Centre national de la recherche scientifique, CNRS) əməkdaşı Dr. Mark Sosson, AMEA-nın muxbir üzvü, professor Vasif Babazadə iştirak etmişlər. Görüşdə EİF və CNRS arasında elmi əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
01.12.2010 - 02.12.2010
Qalib layihələrin rəhbərləri ilə görüş
1 və 2 dekabr 2010-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasının ofisində 2010-cu ilin 1-ci müsabiqəsindən uğurla keçmiş layihələrin rəhbərləri ilə görüş keçirilmişdir (daha ətraflı)
16.08.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 16 avqust 2010-cu il tarixində növbəti məsləhət seminarını keçirmişdir
16 avqust 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulmasında çətinlik çəkən və müsabiqəyə dair sualları olan vətəndaşlara yardım etmək, bu prosesi asanlaşdırmaq və effektivliyini artırmaq məqsədi ilə növbəti məsləhət seminarını keçirmişdir (daha ətraflı)
09.08.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 9 avqust 2010-cu il tarixində növbəti məsləhət seminarını keçirmişdir
9 avqust 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) növbəti məsləhət seminarını keçirmişdir. (daha ətraflı)
02.08.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu 2 avqust 2010-cu il tarixində növbəti məsləhət seminarını keçirmişdir
2 avqust 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) növbəti məsləhət seminarını keçirmişdir. (daha ətraflı)
27.07.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri cənab Kamran İmanovla görüşmüşdür.
Görüşdə Fondun qrant müsabiqələrinə təqdim olunacaq layihələrin əqli mülkiyyət hüquqlarının qorunması, həmçinin yerinə yetirilmiş layihələrin nəticələrinin müəlliflik hüququ ilə bağlı və digər müvafiq məsələlər müzakirə olunmuş, qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilmişdir.
27.07.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru AzTV-nin “Xəbərlər” proqramına müsahibə vermişdir
26.07.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilk məsləhət seminarını keçirmişdir
Iyul ayının 26-sı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilk məsləhət seminarını keçirmişdir. Seminar Fondun icraçı direksiyasının ofisində həyata keçirilmişdir. (daha ətraflı)
23.07.2010
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Lider TV-nin “Səda-Səhər” proqramının qonağı olmuşdur
16.07.2010
Elmin İnkişafı Fondu Bakı Dövlət Universitetində məsləhət seminarı keçirmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulması prosesini asanlaşdırmaq və effektivliyini artırmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxslərə kömək məqsədilə 16 iyul 2010-cu il tarixində Bakı Dövlət Universitetində (BDU) məsləhət seminarı keçirmişdir. (daha ətraflı)
15.07.2010
İsrail Dövlətinin Azərbaycandakı səfiri cənab Mixael Lavon Lotemlə görüş
15 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Mixael Lavon Lotemlə görüşmüşdür.
Tərəflər qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələlərini müzakirə etmişdir. Görüşdə Fondla İsrailin elm və texnologiya sahəsində fəaliyyət göstərən tanınmış qurumları arasında əlaqələr qurulması haqqında razılıq əldə olunmuşdur
.
14.07.2010
Elmin İnkişafı Fondu Bakı Dövlət Universitetində məsləhət seminarı keçirəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu müsabiqədə iştirak etmək üçün layihələrin hazırlanması, ərizə və əlavə olunan sənədlərin düzgün doldurulması prosesini asanlaşdırmaq və effektivliyini artırmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxslərə kömək məqsədilə 16 iyul 2010-cu il tarixində Bakı Dövlət Universitetində məsləhət seminarı keçirəcək.
13.07.2010
Dünya Bankının Bakıdakı nümayəndəliyinin əməkdaşları ilə görüş
13 iyul 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Dünya Bankının Bakıdakı nümayəndəliyinin əməkdaşları, xanım Səidə Bağırlı və cənab Fərid Baxşıyevlə görüşmüşdür. Görüşdə Fondun fəaliyyəti və perspektiv planları haqqında məlumat verilmiş, tərəflər arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq məsələləri müzakirə olunmuşdur