|
|
BEYNƏLXALQ ƏLAQƏLƏR
09.03.2011
ABŞ Prezidenti Barak Obamanın elmi məsələlər üzrə xüsusi elçisi xanım Elis Qast Elmin İnkişafı Fondunda olmuşdur
 |
ABŞ Prezidenti Barak Obamanın təhsil və elm sahələrində əlaqələrin möhkəmləndirilməsi təşəbbüsü çərçivəsində ABŞ-ın elmi məsələlər üzrə xüsusi elçisi, tanınmış kimyaçı-mühəndis və «Lehigh» Universitetinin prezidenti xanım Elis Qast (Alice P. Gast) və nümayəndə heyətinin üzvləri – ABŞ Dövlət Departamentinin Okeanlar, ətraf mühit və elm bürosunun Mərkəzi, Şərqi Avropa və Rusiya ilə Elmi və Texnoloji Əməkdaşlıq məsələləri üzrə məsul şəxsi xanım Elizabet Dauğarti (Elizabeth Daugharty), ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin müdiri Terri Devidson, İqtisadi məsələlər üzrə müşavir xanım Olqa Romanova, Təhsil və mədəniyyət işləri üzrə müşavir Brent Mayer və Səfirliyin əməkdaşı xanım Sədaqət Davudova Azərbaycana səfər proqramına uyğun olaraq 9 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda olmuşlar.
( daha ətraflı) |
28.02.2011
CRDF rəsmiləri EİF-də olmuşlar
 |
28 fevral 2011-ci il tarixində CRDF-in (ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu) Mərkəzlər, İnstitutlar Yaradılması və İnnovasiya üzrə Proqram direktoru Con Modzelevski və Baş proqram meneceri Eldar İmanverdiyev Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar. Qonaqlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının işi ilə yaxından tanış olmuşlar. Gələcək əməkdaşlıq, CRDF-in təcrübəsindən Elmin İnkişafı Fondunun işində istifadə olunması, qrant idarəetmə sisteminin (QİS) avtomatlaşdırılması. Elmin İnkişafı Fondunun əməkdaşları üçün təlimlər keçirilməsi və CRDF-in Elmin İnkişafı Fondunda seminarlarının təşkili məsələləri müzakirə olunmuşdur. Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədr müavini akademik Mahmud Kərimov da iştirak etmişdir.
( daha ətraflı) |
31.01.2011
YUNESKO rəsmiləri EİF-də olmuşlar
 |
31 yanvar 2011-ci il tarixində YUNESKO-nun Təbiət Elmləri sektorunun Elm, Texnologiya və İnnovasiya Araşdırmaları seksiyasının rəhbəri Eduardo Martinez və həmin seksiyanın müşaviri Vəfa Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında olmuşlar.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının sədr müavini akademik Mahmud Kərimov da iştirak etmişdir. Qonaqlar Elmin İnkişafı Fondunun icraçı direksiyasının işi ilə yaxından tanış olmuş, öz tövsiyə və məsləhətlərini vermişlər. Gələcəkdə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunmuşdur.
( daha ətraflı) |
19.01.2011
Fransanın Azərbaycandakı Səfirliyində görüş
 |
2011-cu il 19 yanvar tarixində Fransanın Azərbaycandakı Səfirliyində keçirilən işgüzar görüşdə EİF-in icraçı direktoru Elçin Babayev, EİF-in baş məsləhətçisi Günel Həsənova, səfirliyin Əməkdaşlıq və Mədəniyyət Attaşesi Lük Obri (Luc Aubry), Fransanın elmi-təqdiqatlar mərkəzinin (Centre national de la recherche scientifique, CNRS) əməkdaşı Dr. Mark Sosson, AMEA-nın muxbir üzvü, professor Vasif Babazadə iştirak etmişlər. Görüşdə EİF və CNRS arasında elmi əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
|
|
|