2011-ci il üçün 1-ci müsabiqənin (EİF-2011-1(3))
elmi ekspertiza işində iştirak etmiş müstəqil ekspertlərin
əməyinin ödənilməsi haqqında elan

Hörmətli müstəqil ekspertlər,

məlumat üçün bildiririk ki, yerinə yetirdiyiniz ekspertiza işinə görə sizə hesablanmış birdəfəlik əmək haqqından 14% gəlir vergisi və 25% Dövlət Sosial Müdafiə Fonduna rüsum tutulduqdan sonra yerdə qalan məbləğ sizin kart hesabınıza köçürüləcəkdir. Bunun üçün aşağıdakı addımlar atılmalıdır:

1. İş yerinizdəki mühasibatlıqdan aşağıdakı məlumat Fonda təqdim olunmalıdır:
- Kart hesab nömrəniz (maaş kartı nəzərdə tutulur);
- Iş yerinizlə bağlı bank haqqında məlumatlar (bankın adı, bankın VÖEN-i, müxbir hesab, hesablaşma hesabı, bankın kodu və SWIFT);

2. Şəxsiyyət vəsiqənizin surəti Fonda təqdim olunmalıdır.

Diqqət! Mexaniki səhvlərdən qaçmaq üçün tövsiyə olunur ki, bu məlumatları iş yerinizdəki mühasib və ya digər məsul şəxs özü yazaraq sizə versin. Kart hesabının nömrəsi ilə xüsusilə diqqətli olmaq lazımdır.

3. Yuxarıdakı məlumatları özünüzlə götürərək Fonda gəlməli və burada ekspertiza işinin ödənişi ilə bağlı sənədlərə qol çəkməlisiniz. Yalnız bundan sonra pul sizin kart hesabınıza köçürüləcəkdir.

Xahiş edirik ki, 563-61-11 nömrəli telefona zəng vurmaqla Fondun qrantların idarə olunması üzrə məsul şəxsi (Ədilə Babayeva) ilə əlaqə saxlayasınız və Fonda gəlmək vaxtını razılaşdırasınız.

Elmin İnkişafı Fondunun icraçı direksiyası
23.08.2011


Hörmətli müstəqil ekspertlər,

Elmin İnkişafı Fondunun 2011-ci il üçün 1-ci müsabiqəsinin elmi ekspertiza işində iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirik.

Nəzərinizə çatdırırıq ki, ekspertiza işinə görə, layihənin həcmindən asılı olaraq, hər birinizə müəyyən miqdarda birdəfəlik əməkhaqqı ödəniləcəkdir. Bu proses avqust və sentyabr aylarında reallaşdırılacaqdır. Bunun üçün hər birinizlə müvafiq müqavilə bağlanılacaq, bu məbləğdən zəruri vergi və rüsumlar tutulduqdan sonra sizin bank hesabınıza köçürüləcəkdir. VÖEN və DSMF qeydiyyatına malik olan şəxslərə isə əməkhaqqı tam şəkildə köçürüləcək və bu halda vergi və rüsumlar onlar tərəfindən fərdi qaydada ödəniləcəkdir.

Fondun icraçı direksiyası diqqətinizə çatdırır ki, bu müddət ərzində Fonda müraciət etməyə lüzum yoxdur və yalnız Fondun info@elmfondu.az elektron ünvanına birdəfəlik məktub yollamaqla öz elektron-poçt ünvanınınızı və əlaqə telefonunuzun nömrəsini göndərməyiniz tövsiyə olunur. Bundan sonra elektron-poçt və ya telefon vasitəsilə Fond tərəfindən sizə zəruri məlumatlar çatdırılacaqdır.

Elmin İnkişafı Fondunun icraçı direksiyası
20.07.2011


 

Prezident Administrasiyasi
Nazirler Kabineti

Rabita ve Informasiya Texnologiyaları Nazirliyi

 
 
statistics for vBulletin
2011 © Copyright: Science Development Foundation under the President of the Republic of Azerbaijan