Hörmətli qalib layihə rəhbərləri,
12 sentyabr 2011-ci il tarixində “Hyatt Regency” otelinin “Quba” zalında saat 11.00-da Elmin İnkişafı Fondunun 2011-ci ilin 1-ci müsabiqəsinin (EİF-2011-1(3)) qalib layihə rəhbərləri ilə görüş keçiriləcəkdir.
Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi 1, tel.: 496-12-34.
Giriş Bakıxanov küçəsi tərəfindəndir. Otelin qarşısında dayanacaq yeri məhdud olduğundan avtomobillə gəldiyiniz halda onu yalnız icazə verilən etibarlı yerdə saxlamağınız tövsiyə olunur.
Seminar xarakterli bu görüşdə qrant layihələrinin idarə olunması, layihələrin hüquqi qeydiyyatı və maliyyələşdirilməsinin həyata keçirilməsi üçün müvafiq sənədlər toplusunun hazırlanması, Elmin İnkişafı Fondu ilə layihə rəhbərləri arasında bağlanacaq müqavilənin şərtləri, maliyyə-hesabat məsələlərinin optimal həlli üzrə məsləhət və tövsiyələr veriləcək, suallar cavablandırılacaqdır.
Göstərilən tarixdəki görüşdə iştirak etməməyiniz sənədləşmə və müqavilələrin bağlanması prosesində sizin üçün çətinliklər yaradar və layihənin icrasının nisbətən gecikməsinə səbəb ola bilər.
Diqqət! Görüşdə YALNIZ LAYİHƏ RƏHBƏRLƏRİ iştirak edə bilərlər. Digər şəxslərin görüşdə iştirakı xahişi ilə Fonda müraciət etməməyiniz rica olunur.
Şəxsiyyətinizi təsdiq edən sənəd gətirməyi unutmayın!
Görüşdə iştirakınızı aşağıdakı yollardan biri ilə təsdiq etməyinizi xahiş edirik.
Elmin İnkişafı Fondunun icraçı direksiyası
23.08.2011
Hörmətli qalib layihə rəhbərləri,
Elmin İnkişafı Fondu sizi ürəkdən təbrik edir və layihələrinizin reallaşdırılmasında uğurlar diləyir.
Nəzərinizə çatdırırıq ki, avqust ayından başlayaraq üç ay müddətində hər bir layihə rəhbəri ilə Fond arasında razılaşdırılmalar aparıldıqdan sonra müqavilə bağlanılacaqdır. Bu müddət ərzində hər bir layihə rəhbəri vergi və sosial müdafiə fondu orqanlarında qeydiyyata durmalı və digər zəruri sənədləri təqdim etməlidir.
Bütün bunlar haqqında hər birinizə məlumat veriləcəkdir (elektron-poçt və ya telefon vasitəsilə).
Elmin İnkişafı Fondunun icraçı direksiyası diqqətinizə çatdırır ki, bu müddət ərzində Fonda müraciət etməyə lüzum yoxdur və yalnız Fondun info@elmfondu.az elektron ünvanına birdəfəlik məktub yollamaqla layihə rəhbərinin (!) elektron-poçt ünvanını və əlaqə telefonunun nömrəsini göndərməyiniz tövsiyə olunur.
Nəzərə alın ki, bütün məsələlərin müzakirəsində və həllində Fond yalnız layihə rəhbərləri ilə əlaqə saxlayır.
Fondun müsabiqə qaydalarının 2.10 bəndinə əsasən cari müsabiqədə bir şəxs bir layihədə iştrak edə bilər. Bu səbəbdən adları eyni zamanda bir neçə layihədə təqdim olunmuş şəxslər yalnız bir layihədə saxlanılacaqdır!
Sentyabr ayının ilk 10 günlüyündə Fond bütün layihə rəhbərləri ilə görüş keçirəcəkdir və lazımi təlimatlar birbaşa olaraq hər birinizə çatdırılacaqdır.