2011-ci ilin 1-ci müsabiqəsindən keçməyən layihə rəhbərləri
və iştirakçılarının nəzərinə !

Hörmətli qrant müsabiqəsi iştirakçıları,

Elmin İnkişafı Fondu təqdim etdiyiniz layihənin cari müsabiqədən keçməməsindən təəssüflənir və müsabiqədə iştirakınıza görə hər birinizə minnətdarlığını bildirir.

Ümid edirik ki, daha təkmil layihələrinizlə Fondun növbəti müsabiqələrində iştirak edərək uğur qazanacaqsınız. Növbəti müsabiqələrə təqdim edəcəyiniz layihələrin texniki tərtibatı ilə bağlı sualların aydınlaşdırılmasında Fondun icraçı direksiyası sizə köməkçi olmağa hazırdır. Bizimlə e-mail vasitəsilə əlaqə saxlaya bilərsiniz (info@elmfondu.az). Digər tərəfdən hər müsabiqə üzrə təşkil olunan seminarlarda iştirakınız təkidlə tövsiyə olunur.

Diqqətinizə çatdırmaq istəyirik ki, müsabiqədən keçməyən layihələrin elmi ekspertizasının nəticələri bir qayda olaraq layihə müəlliflərinə açıqlanmır və bu tipli məlumatlar xidməti xarakter daşıyır. Xahiş olunur ki, bu məsələlərlə bağlı Fonda müraciət etməyəsiniz.

Əvvəlki müsabiqələr üzrə təcrübə göstərir ki, bir çox layihə müəllifləri təkidlə layihənin müsabiqədən keçməməsi ilə bağlı səbəblərin açıqlanmasını istəyir və bəzi hallarda isə etik qaydalara uyğun olmayan məktublar yazır, telefon zəngləri edirlər. Hətta şikayət ərizələri yazılır, şantaja da əl atılır. Müəyyən hallarda müsabiqəyə təqdim edilmiş layihəyə elmi jurnala göndərilmiş məqalə kimi baxılır və təkidlə “hər bir səhvimizi bizə çatdırın, biz düzəldək və geri qaytaraq” kimi müraciətlər də tez-tez olur. Bu isə Fondun müsabiqə qaydalarına ziddir.

Unutmayaq ki, müsabiqədə hər layihə qalib ola bilməz.

Hər birinizə alim səbri və təmkini arzu edirik.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası


 

Prezident Administrasiyasi
Nazirler Kabineti

Rabita ve Informasiya Texnologiyaları Nazirliyi

 
 
statistics for vBulletin
2011 © Copyright: Science Development Foundation under the President of the Republic of Azerbaijan