ENG

Elmin İnkişafı Fondunda 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir

Mart 31 2011

31 mart 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə azərbaycanlıların soyqırımının tarixi, xüsusi olaraq, 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən Bakı, Şamaxı, Quba, Muğan, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda və Lənkəranda azərbaycanlılara qarşı talanlar, yanğınlar, terror və digər zorakılıq aktlarının həyata keçirilməsi barədə danışılıb və Azərbaycana qarşı erməni terrorunun hələ də davam etdiyi xüsusi olaraq vurğulanıb.

Qeyd olunmuşdur ki, 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanlıların Soyqırım Gününün 31 mart tarixində qeyd olunmasına dair verdiyi fərman böyük tarixi əhəmiyyətə malikdir və azərbaycanlıların soyqırımına beynəlxalq siyasi, hüquqi qiymət verilməsi məsələsi hələ də öz həllini gözləyir.

Çıxışlardan sonra azərbaycanlıların soyqırımının dəhşətlərini əks etdirən film və video-çarxlar nümayiş etdirilmişdir.

Azərbaycanlıların soyqırımının qurbanlarının bir dəqiqəlik sükutla yad edilib.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR