ENG

Dünya şöhrətli alim Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Fevral 11 2011

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Təhsil naziri Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov və digərləri Lütfi Zadənin həyat və yaradıcılığından, onun qeyri-səlis məntiq nəzəriyyəsindən, dünya elminə verdiyi əvəzsiz töhfələrdən söz açmışlar.

Daha sonra tədbirdə Lütfi Zadənin dövlət başçısına təşəkkür məktubu səsləndirilmişdir.

Tədbirin sonunda alimin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilmişdir. Filmdə Lütfi Zadənin həyatı, onun doğma vətəninə səfəri zamanı keçirdiyi görüşlər və xatirələri də öz əksini tapmışdır.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev də iştirak etmişdir. 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR