AZE

2-ci Azərbaycan-Türkiyə (“AzTürk-2”) birgə beynəlxalq qrant müsabiqəsi üzrə 2021-ci ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət vebinarları keçiriləcəkdir.

August 10 2021

Hörmətli qrant iddiaçıları!

2-ci Azərbaycan-Türkiyə (“AzTürk-2”) birgə beynəlxalq qrant müsabiqəsi üzrə 2021-ci ildə aşağıda göstərilən tarix və saatlarda məsləhət vebinarları keçiriləcəkdir.

Vebinarların keçirilməsində məqsəd qrant iddiaçılarına müsabiqəyə təqdim olunacaq layihələrin tərtibatı, həmçinin e-QRANT sistemindən və ASAN-imzadan istifadə üzrə məsləhətlərin verilməsi, ortaya çıxan sualların cavablandırılmasıdır.  

 

Seminar cədvəli

TARİX SAAT
1-ci seminar 18 avqust 11:00
2-ci seminar 25 avqust 15:00
3-cü seminar 01 sentyabr 11:00
4-cü seminar 08 sentyabr 15:00

 

Vebinarlar Elmin İnkişafı Fondunun əməkdaşları tərəfindən Zoom Cloud Meetings proqramı vasitəsi ilə keçiriləcəkdir.

İştirak etmək istəyənlər (012) 489 08 94 nömrəli telefona zəng vurmaqla və ya seminar@elmfondu.az elektron poçt ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

Zoom Cloud Meetings proqramında vebinarlara qoşulmaq üçün tətbiqetməni mobil cihazınıza və ya kompüterinizə yükləməkdən sonra, elektron poçt ünvanınagöndərilən linkə daxil olmaqla qoşulmaq kifayətdir. Vebinarlarda iştirak üçün qeydiyyatdan keçmiş, lakin vebinarda iştirak etməyən iddiaçılar növbəti seminara yalnız yer olduğu təqdirdə buraxılacaqlar; xahiş olunur nəzərə alasınız ki, vebinarda iştirak etməməklə başqa potensial iddiaçının iştirakını məhdudlaşdırırsınız

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

WISE WORDS