AZE

Elmin İnkişafı Fondunda “Elmdə Zəfər mükafatı - 2021” müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.

2609
A A A
November 11 2021
11 noyabr 2021-ci il tarixində Elmin İnkişafı Fondunda “Elmdə Zəfər mükafatı - 2021” müsabiqəsinin qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir. Bu il ilk dəfə keçirilən müsabiqədə Azərbaycan alimlərinin və gənc tədqiqatçıların elmi işlərinə baxılmışdır. Ali məktəblərin elmi-pedaqoji işçilərindən, elmi-tədqiqat institutlarının rəhbər və mütəxəssislərindən, eləcə də iri təşkilat və müəssisələrin rəhbər və nümayəndələrindən ibarət müsabiqə komissiyası alim və gənc tədqiqatçıların tətbiqi mümkün olan ən maraqlı və aktual elmi işlərini müəyyən etmişdir. Mehriban İmanova qalibləri obyektiv qiymətləndirən ekspert komissiyasının üzvlərinə minnətdarlığını bildirib.
 
Fondun direktoru Mehriban İmanova qalibləri təbrik edərək, onların elmi işlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Qaliblərin bal cədvəlləri nümayiş etdirilmiş, sertifikat, diplomlar və pul mükafatları təqdim edilmişdir. “Sinam” MMC şirkəti - müsabiqənin baş sponsoru olmaqla qaliblərə kompüter və planşetlər təqdim etmiş, onlara gələcəkdə daha yüksək nəticələr əldə etməyi arzuladığını bildirmişdir.
Qaliblərin hər biri öz minnətdarlığını bildirərək, yekdilliklə razılaşdılar ki, müsabiqə gələcək illərdə də müntəzəm olaraq keçirilməlidir.
 
 
WISE WORDS