AZE

Kosmik hava durumu və proqnozu

January 17 2022

Kosmik hava durumu – Son 24 saat ərzində Günəş fəallığı aşağı səviyyədə olmuşdur. 2929 (NO8W30, Dki/beta) nömrəli oblastı hesabat dövründə ən mürrəkkəb ləkə quruluşuna malik oblast olmuşdur. 16 yanvar 2022 tarixində bu oblastda C2 sinif alışma baş vermiş və uzun müddət davam etmişdir. Bu alışma zamanı tac dəliyi qeyd edilmişdir, lakin  CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) baş verib-vermədiyini müəyyən etmək üçün daha çox koronoqraf görüntülərinə ehtiyac vardır.

Günəşdə C sinif alışmaların baş vermə ehtimalı 75 %, M sinif alışmaların ehtimalı 20%, X sinif alışmaların ehtimalı isə 1% olaraq qiymətləndirilir.

  17.01.2022-kicik-1  17.01.2022-kicik-2

Yüklü zərrəciklər – 2 MeV-dən böyük enerjili elektron seli 16 yanvar tarixində Bakı vaxtı ilə saat 23.10-da 2.280 pfu olaraq maksimum səviyyəyə çatmışdır. Enerjisi 10 MeV-dən böyük proton seli fon səviyyəsində qalmışdır.

Günəş küləyi – Günəş küləyi, hesabat dövründə davam edən mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliyindən Çıxan Yüksək Sürətli Axınlar) təsirlərini əks etdirmişdir.  Ümumi maqnit sahəsinin intensivliyi 4-7 nT intervalında dəyişmişdir. Maqnit sahəsinin Bz komponenti qısa müddət ərzində cənuba doğru yönələrək -5nT maksimal qiymətə çatmışdır. Günəş küləyinin sürəti əsasən 525-625 km/s intervalında dəyişmiş, günün əksər hissəsində 550 km/s-yə yaxın olmuşdur. Phi bucağı əsasən mənfi sektorda olmuşdur.

Geomaqnit sahə - Son 24 saat ərzində  CH HSS təsirləri ilə əlaqədar olaraq geomaqnit sahə sakit və aktiv şərait arasında dəyişmişdir.

  17.01.2022-kicik-3 17.01.2022-kicik-4

Kosmik hava proqnozu – Proqnoz dövründə (17-19 yanvar 2022) M sinif alışmaların baş verməsi və bununla əlaqədar olaraq R1-R2 (zəif-orta) radio kəsilmələrin olması ehtimalı ilə birliktə Günəş fəallığının aşağı səviyyədə olacağı gözlənilir.

Yüklü zərrəciklər – Proqnoz dövründə enerjisi 2 MeV-dən böyük elektron selinin orta ilə yüksək səviyyə arasında dəyişməsi , enerjisi 10 MeV-dən böyük proton selinin isə fon səviyyədə qalacağı gözlənilir.

Günəş küləyi –  CH HSS təsirlərinin davam etməsi ilə əlaqədar olaraq 18 yanvar tarixinə qədər Günəş küləyində gücləndirilmiş şəraitin olacağı proqnozlaşdırılır. 14 Yanvar tarixində Günəşdə baş vermiş CME səbəbi ilə 17 yanvar tarixində Günəş küləyi parametrlərində artma olması ehtimal olunur. 19 yanvar tarixində Günəş küləyi parametrlərinin normal səviyyəyə qayıtması gözlənilir.

Geomaqnit sahə - 17 yanvar tarixində geomaqnit sahənin qeyri-stabil və aktiv səviyyə arasında (Kp = 3-4), 18 yanvar tarixində isə CH HSS təsirinin zəifləməsi ilə geomaqnit sahənin sakit və qeyri-stabil səviyyə arasında (Kp=2-3) dəyişəcəyi gözlənilir. 14 yanvar tarixində Günəşdə baş vermiş CME geomaqnit fəallığın artmasına səbəb ola bilər. Bununla əlaqədar olaraq 17 yanvar tarixində G1 (zəif) maqnit qasırğasının baş verməsi ehtimal olunur. Proqnoz dövrünün üçüncü günündə (19 yanvar) geomaqnit sahədə sakit şərait gözlənilir (Kp=1-2).

 

Mənbə: www.shao.az

WISE WORDS